Məşhur repçi həbs edildi
Rusiyanın məşhur repçisinin başı qanunla bəlaya düşüb.
ANS PRESS-in məlumatına görə, Krasnoyarskdakı gecə klublarından birində Dövlət Narkotiklərə Nəzarət İdarəsinin əməkdaşları daha çox “Quf” kimi tanınan reper Aleksey Dolmatov saxlayıb.
Polislər reyd zamanı həmin gecə klubunda qadağan olunmuş madələrdən istifadə etməkdə şübhəli bildiyi on nəfəri saxlayıb. Saxlanılanlar arasında “Quf” da olub.
Saxlanılan şəxslərin narkotikdən istifadə edib-etməməsi yalnız bir həftə sonra məlum olacaq. Ekspertiza aparılır.
Nəticələri müsbət olacaq şəxslər 5 min rubl məbləğində inzibati cərimə və ya 15 sutkalıq cəza alacaq.
Mənbə:> ANSPRESS