Bakıda 17 yaşlı gənci tutdular

Paytaxtda qətl hadisəsi törədən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Yasamal rayon Polis İdarəsi cinayət-axtarış şöbəsi, 29-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 15-də Şərifzadə küçəsində axşam saatlarında şəhər sakini, 1994-cü il təvəllüdlü Rəşad Məcidzadəyə bıçaqla ağır bədən xəsarəti yetirməklə onu öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Məhəmmədəli İmaməliyev saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: ANSPRESS