Polis Bakıda baş verən dəhşətli cinayətdən xəbər verdi
Bakı şəhər Baş Polis İdarəsi Səbail rayonunda baş verən dəhşətli cinayət hadisəsi barədə məlumat yayıb.
Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 25-də saat 19 radələrində oğul atasını bıçaqlayıb.
Belə ki, Y.Mürsəlov küçəsində 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqova bıçaqla ağır bədən xasarəti yetirilib
Cinayəti törətməkdə şübhəli bilinən oğlu 1995-ci il təvəllüdlü Məlik Elman oğlu Sadıqov saxlanılıb. Onun hadisəni törədərkən sərxoş olduğu bildirilir.
Polislər tərəfindən saxlanılan Kamilin ruhi-əsəb dispanserində qeydiyyatda olduğu məlum olub. Kamil Sadıxovun anasının sözlərinə görə, oğlu bir neçə gün imiş ki xəstəxanadan evə buraxılıb.
Qanlı hadisənin təfərrüatlarını isə Səbail polisi araşdırır.
Mənbə:> ANSPRESS