Bakılı "avtoş"lara həbs cəzası
Bakı şəhər sakinləri avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə 20 gün müddətinə həbs ediliblər.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 11-də Bakı şəhər sakinləri Nicat Qələndərov idarə etdiyi “VAZ-2101”, Araz Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar.
Xəzər rayon məhkəməsi tərəfindən onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs ediliblər.
Mənbə:> ANSPRESS