Azərbaycanda baş kəsildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanda baş kəsildi

Azərbaycanda baş kəsildi


Zərdab sakini başı kəsilmiş vəziyyətdə tapılıb. AzNews.info-nun məlumatına görə, bu barədə rayon polis şöbəsindən APA-ya bildirilib. Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

Məlumata görə, R. Zeynalov dünən axşam saatlarında yoxa çıxıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi və motivi hələlik bəlli deyil.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *