Həbs olunan bank müdiri əməliyyat olunmalıdır- Vəkil » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Həbs olunan bank müdiri əməliyyat olunmalıdır- Vəkil

Həbs olunan bank müdiri əməliyyat olunmalıdır- Vəkil



"Qafqazinfo" xəbər verir ki, bu barədə "Report"a Adil Hüseynovun vəkili Kamandar Nəsibov məlumat verib.

Vəkil bildirib ki, Adil Hüseynov həbs olunmamışdan bir neçə gün əvvəl əməliyyat olunub: "Hazırda Adil Hüseynov xəstədir və o, yenidən əməliyyat olunmalıdır. Ailəsinin göndərdiyi dərmanlar ona çatdırılıb".

K.Nəsibov A.Hüseynovla görüşlə bağlı artıq rəsmi qaydada order və sənədlər təqdim edildiyini də əlavə edib. Vəkil həbslə bağlı apelyasiya şikayəti vermək fikrində olmadıqlarını da bildirib.

Qeyd edək ki, Adil Hüseynov 318 milyon dollar mənimsəməkdə ittiham olunur. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.Hüseynov “qara polkovnik” kimi tanınan Fətullah Hüseynovun oğludur.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *