Bakıda qaçaqmalçıya hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda qaçaqmalçıya hökm oxundu

Bakıda qaçaqmalçıya hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində Vurğun Məlikovun СM-nin 206.1 (qaçaqmalçılıq) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, Vurğun Məlikov bu ilin aprel ayında Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotiklərin daşınmasında şübhəli bilinib, ona məxsus çantaya baxış keçirilərkən 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *