Ukraynadan Azərbaycana narkotik gətizdirən şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Dəyanət Qarayevin CM-nin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) və və 234.4.3-cü (külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Dəyanət Qarayev qanunsuz olaraq narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə barədə Ukraynada şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olaraq, satış məqsədi ilə 2,48 kq qurudulmuş marixuana əldə edib.
O, narkotik vasitəni 1 ədəd yağ qutusunda olan yağın içərisində gizlədilən ağ rəngli polietilen bağlamaya bükülmüş vəziyyətdə Ukrayna vətəndaşı Niyazi Əsədovun idarə etdiyi “Volksvagen” markalı sərnişin mikroavtobusunun salonunda gizətib.
2015-ci il aprelin 28-də sonuncu Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna daxil olarkən avtomaşına baxış keçirilib və sözügedən narkotik maddə aşkar olunaraq, götürülüb.
İş üzrə dindirilən Niyazi Əsədov ifadəsində göstərib ki, narkotik maddəni amtomaşına Dəyanət Qarayev yerləşdirib və Bakıya çatdırmasını tapşırıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Mineralnıye Vodı aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən saxlanılılıb və istintaqa təqdim edilib.
Məhkəmənin hökmü ilə Dəyanət Qarayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Mənbə:> Oxu.Az