Metrodan istifadə edən valideynlərin nəzərinə – EHTİYATLI OLUN!
Dekabrın 10-da Bakıda metronun "Qara Qarayev" stansiyasında uşaq oğurluğuna cəhd olub.
Bu haqda Yuliana Sultanova adlı qadın məlumat verib.
Y.Sultanovanın sözlərinə, dünən "Qara Qarayev" stansiyasında bir qadın onun 3 yaşlı körpəsini oğurlamaq istəyib:
"Qadın bizə sakitcə, ətrafa baxmadan yaxınlaşdı. O, "Dərnəgül" stansiyasına doğru artıq hərəkət etməkdə olan qatara birlikdə minmək üçün uşağın əlindən tutdu. Allaha şükür ki, mən özüm metrodan qorxuram və oğlumun əlindən həmişə möhkəm yapışıram. Görəndə ki, uşağın əlini buraxmıram, qadın özü uşağı buraxıb qaçmağa başladı. Şokdan dilim tutulduğundan heç nə deyə də bilmədim".
Y.Sultanova qadının əlamətlərini də açıqlayıb:
"Anormal qadının boyu təxminən 1 m 60 sm, bədəni doludur. Açıq-qəhvəyi rəngli gödəkçə geyinib, başında papaq var. Sifəti, xüsusilə gözləri solğundur".
Valideynlərin daim ayıq-sayıq olmalı olduğunu deyən ana onlara uşaqları tək buraxmamağı, əllərindən möhkəm tutmağı tövsiyə edib.
Mənbə:> Olke.az