"Adam içində"nin efirindən sonra şok yaşandı
ANS TV-nin "Adam içində" layihəsində maraqlı və eyni zamanda utancverici hadisə yaşanıb.
ANS PRESS-in məlumatına görə, verilişin qonağı qismində iştirak edən müğənni Elşad Qarayev birbaşa yayım bitdikdən sonra sürprizlə qarşılanıb.
Bir qadın yeni doğulmuş körpəsi ilə ANS-ə gələrək verilişin bitməsini gözləyib. Elgiz Əkbər, Afət Rahilqızı və layihənin digər əməkdaşları qadının şikayətçi olduğunu düşünüblər. Lakin uşaqlı qadın qəfildən verilişdən çıxıb studiyanı tərk etməyə hazırlaşan Elşad Qarayevə tərəf gedib. Qucağındakı uşağın atası olduğunu deyib və körpəyə sahib çıxmasını tələb edib.
Baş verənlərin bir zarafat olduğunu zənn edən Elşad Qarayev hər şeyi gülərək qarşılayıb. Hətta özü də zarafat edib. "Uşaq mənə yaman oxşayır, amma anasını xatırlaya bilmirəm"- deyərək gülüb.
Qadın körpəsini pilləkənlərin üstünə atıb studiyanı tərk etdikdə ifaçı məsələnin nə dərəcədə ciddi olduğunu anlayıb. Verilişin aparıcıları Elgiz və Afət müğənini sorğu-suala tutduqda, qadının dediklərinin şər və böhtandan artıq bir şey olmadığını deyir.
Anası tərəfindən atılmış uşağı "Adam içində"nin ekspertlərindən biri Nüşabə Səlimova xəstəxanaya yerləşdirib.
Qeyd edək ki, Elşad Qarayevin oğlu Rəvan keçən il eyni vəziyyətlə rastlaşmışdı. Əvvəllər tanış olduğu bir qız, dünyaya gətirdiyi uşağın atasının Rəvan olduğunu iddia edirdi. Lakin DNT analizləri ananın iddialarının əsassız olduğunu üzə çıxardı.
Mənbə:> ANSPRESS