Salyanda zorlanan qızdan – ŞOK ETİRAFLAR
Salyanda zorlanan ruhi xəstə ANS TV-nin “Adam içində” verilişində dəhşətli açıqlamar verib.
AzNews.info ANS PRESS-ə istinadən məlumatına, salyanlıların hiddətinə səbəb olan bu tükürpədici hadisənin izi ilə adıçəkilən şəhərə ezam olunan yaradıcı heyət insanlığa sığmayan vəhşiliyin günahkarının kimliyini üzə çıxarmağa çalışıb. USM-də qızın 4 aylıq hamilə olduğu sübuta yetirildikdən sonra qız və anası zərərçəkmiş qismində verilişə dəvət edilib.
Əqli qüsurlu qız verilişdə ona təcavüz edən şəxslərin adını belə açıqlayıb. Başına gətirilən hadisəni tam təfsilatıyla danışan bədbəxt qız bu şəxslərin İbrahim və Ruslan adlı həmkəndlilərinin olduğunu söylədi.
“İkisi də gizlicə məni çağırdılar. Bu işi gördükdən sonra məni qorxutdular ki, heç kimə bu barədə deməyib. Mənə dedilər ki, əgər bir adama bir söz desəm, başımı qırxacaqlar. Mən də qorxdum...”
Verilişin aparıcıları Elgiz Əkbər və Afərt Rahilqızı ekspertlərlə birlikdə məsələnin həllinə çalışırlar. Hadisələrin gedişatını izləyəcəyik.
Mənbə:> ANSPRESS