Lənkəranda qadın itkin düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Lənkəranda qadın itkin düşdü – FOTO

Lənkəranda qadın itkin düşdü


Lənkəranda 30 yaşlı qadın iki övladı ilə birgə itkin düşüb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ bildirilib.

Belə ki, rayonun Boladi kənd sakini, 1985-ci il təvəllüdlü Ceyran Nəsir qızı Əliyeva bu il avqustun 29-da oğlanları - 9 yaşlı Nasir Zamin oğlu Əliyev və 4 yaşlı Yusif Zamin oğlu Əliyevi özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Qadının boyu 160 sm, orta bədən quruluşlu, gözləri qəhvəyi rəngdədir, əynində açıq qəhvəyi rəngli xalat, başında ağ rəngli baş örtüyü olub.

Naməlum şəraitdə itkin düşmüş Ceyran Nəsir qızı Əliyevanı, oğlanları Nasir və Yusifi görüb-tanıyanlardan Lənkəran ŞRPŞ-nin aşağıdakı telefon nömrələrinə məlumat vermələri xahiş olunur:

(02525) 4-83-38; 2-17-02, (050) 531-74-21; (050) 570-58-98 (mobil).

Lənkəranda qadın itkin düşdü

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *