Azərbaycanda iki nəfər itkin düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

Azərbaycanda iki nəfər itkin düşdü – VİDEO

Azərbaycanda iki nəfər itkin düşdü


20 yaşlı Məlikzadə Zaur Qorxmaz oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

AzNews.info xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən ANS TV-yə verilən məlumata əsasən, Masazır qəsəbəsi, Xaqani küçəsi, ev 14-də qeydiyyatda olan 20 yaşlı Məlikzadə Zaur Qorxmaz oğlu 05 iyul 2015-ci il tarixdə saat 16:30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlikzadə Zaur Qorxmaz oğlunun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçlarının rəngi qara və sıxdır.

Gözləri qəhvəyi, sifəti yumru və qarayanızdır. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, ağ rəngli qisaqol köynək, ayaqlarında isə göy rəngli makasin tipli ayaqqabı olub.

Məlikzadə Zaur Qorxmaz oğlunu görənlərdən və ya onunla bağlı hər hansı məlumatı olanlardan bu barədə (012) 340-02-02, (012) 342-10-27 şəhər və (055) 391-02-02 mobil nömrələrə zəng vurmaları xahiş olunur.



Oxşar hadisə Bərdə rayonunda baş verib.

Bərdə Rayon Polis Şöbəsindən ANS TV-yə verilən məlumata görə, Kəlbəcər rayonu Milli kəndində anadan olmuş və hazırda Bərdə rayonu, Vaqif küçəsində yaşayan 36 yaşlı Məmmədova Tavat Adil qızı 18 iyul 2015-ci il tarixində səhər saat 7 radələrində yaşadığı evdən çıxmış və bir daha geri qayıtmayıb.

Məmmədova Tavat Adil qızının əlamətləri belədir: boyu 165 sm, orta bədən quruluşlu, qarabəniz, gözlərinin rəngi qara, saçları qara və uzundur.

Evdən çıxarkən əynində palıd rəngində şalvar və qolsuz ağ kofta olub.

Məmmədova Tavat Adil qızını görənlərdən və ya onun haqqında hər hansı məlumatı olanlardan 02-020 kodu ilə 5-67-02 və 5-22-33 şəhər, (050) 973-18-18, (055) 738-90-09 mobil nömrələrinə zəng vurmaqla məlumat vermələri xahiş olunur.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *