Paytaxtda 15 yaşlı qız yoxa çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Video

Paytaxtda 15 yaşlı qız yoxa çıxdı – VİDEO

Paytaxtda 15 yaşlı qız yoxa çıxdı


Paytaxtda 15 yaşlı qız yoxa çıxıb.

AzNews.info xəbər verir ki, ANS TV-nin məlumatına görə, Bağırova Fəridə Eldar qızı aprelin 17-də səhər saat 08:00 radələrində yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən evdən çıxaraq bir daha geri qayıtmayıb.

15 yaşlı Fəridə Bağırovanın əlamətləri belədir - boyu 162 sm, arıq bədən və yumru sifət quruluşlu. Saçları qara, gözlərinin rəngi isə qəhvəyidir.

Evdən çıxarkən onun əynində mavi rəngli cins şalvar, qara rəngli gödəkcə, ayağında isə qara rəngli idman ayaqabbısı olub.

Bağırova Fəridə Eldar qızını itkin düşən gündən sonra görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan (012)342 02 02, (012)342 10 27 şəhər və (050)203 02 02 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *