Rusiyada azərbaycanlı tələbə yoxa çıxdı
Rusiyada azərbaycanlı gənc itkin düşüb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, F.F.Uşakov adına akademiyanın 5-ci kurs tələbəsi yoxa çıxıb.
23 yaşlı Arif Koroğluyev Novosibirskdə itkin düşüb.
Əslən azərbaycanlı olan gənc Qazaxıstanda anadan olub.
O, ötən ilin dekabr ayının 25-də saat 12.17-də avtovağzaldan "Novorosiysk - Krasnodar" avtobusu ilə yola çıxıb. Bu günə kimi də ondan xəbər yoxdur.
Əlamətləri belədir - boyu 185 sm, tünd saçlı, mavi gözlü, dolu bədən quruluşlu.
Evdən çxıarkən əynində tündü gödəkçə, cins şalvar, belində rəngli çanta, pasportu və mobil telefonu olub.
Mənbə:> ANSPRESS