Yasamalda gülsatanı bıçaqlayan şəxsə hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Yasamalda gülsatanı bıçaqlayan şəxsə hökm oxundu

Yasamalda gülsatanı bıçaqlayan şəxsə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Rauf Abbasovun CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, bu il aprelin 25-də Yasamal rayonun N.Nərimanov küçəsində Rauf Abbasov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində gül satışı ilə məşğul olan Əjdər Ağadadaşova bıçaqla xəsarət yetirib, zərərçəkən Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas edilib.

Həmin tarixdə şübhəli şəxs Yasamal RPİ 26-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində RPİ İstintaq şöbəsində cinayət işi başlanıb. Dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib və Əjdəri ünvanına söyüş söydüyünə görə vurduğunu bildirib.

Məhkəmə prosesində Rauf Abbasov ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək məhkəmədən Rauf Abbasovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib. Təqsirləndirilən şəxsin vəkili isə Abbasovun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu və zərərçəkən tərəflə barışıq əldə edildiyini qeyd edib. O, müdafiə etdiyi şəxsə şərti cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *