Bakıda arvadının başını kəsən metro işçisinə hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda arvadının başını kəsən metro işçisinə hökm oxundu

Bakıda arvadının başını kəsən metro işçisinə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini İlham Süleymanovun (1971-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, bu il yanvarın 25-də Nərimanov rayonu, Aşıq Qərib küçəsindəki 69 saylı evdə İlham Süleymanov qısqanclıq zəminində həyat yoldaşı Məhəbbət Süleymanovaya (1979-cu il təv.) boğaz nahiyəsindən çoxsaylı bıçaq zərbələri endirərək, onu qətlə yetirib və hadisədən sonra Nərimanov RPİ-nə könüllü gələrək təslim olub.

Saxlanılan şəxs cinayəti namus üstündə törətdiyini bildirib, onun Bakı Metropolitenində elektrik-mexanik işlədiyi məlum olub.

İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadının ölümünə boğaz nahiyəsinin və digər orqanlarının kəsilmiş-deşilmiş yaraları fonunda inkişaf edən kəskin qanitirmə səbəb olub.

İstintaq zamanı şahid qismində dindirilən tutulan şəxsin valideynləri cinayətin namus üstündə törədildiyini təsdiq ediblər. Sona Süleymanova oğlunun 18 ildir həmin qadının hərəkətlərinə dözdüyünü bildirib. Aralarında dəfələrlə mübahisələri olsa da, yenə də barışıblar.

Axırıncı dəfə Məhəbbət acıq edərək, 10 gündən artıq öz atasının evində yaşayıb, sonra isə geri qayıdıb. Hətta İlham arvadının istəyini yerinə yetirərək ona “Hyundai” markalı avtomobil alaraq, hədiyyə edib. Bununla yanaşı, Məhəbbətin gediş-gəlişini izləmək üçün evin girişinə müşahidə kameraları yerləşdirib.

Məhkəmə prosesində İlham Süleymanov ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Zərərçəkən Nəriman Məsimov qızının uşaqlarının onlarla birgə yaşadığını bildirib, o Məhəbbətin idarə etdiyi avtomobilin onlara qaytarılmasını və təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını tələb edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *