Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto

Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı – FOTO

Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Elşən Mehdiyevin (1989-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Oxu.Az xəbər verir ki, ötən il dekabrın 12-də Suraxanı rayonu ərazisində “Zığ bağları” adlanan yaşayış məntəqəsində Elşən Mehdiyev keçmiş həyat yoldaşı İntima Salmanovanı (1992-ci il təv.) qətlə yetirib və hadisədən sonra Suraxanı RPİ 30-cu polis bölməsinə gedərək, könüllü təslim olub. O, cinayəti qısqanclıq zəminində törətdiyini və qadının yüngül həyat tərzi keçirdiyini bildirib.

İstintaqın gedişatında məlum olub ki, Elşən Mehdiyevlə İntima Salmanova bir müddət əvvəl boşanıblar və qadın 5 yaşlı oğlu ilə ayrı yaşayıb. Ayın 12-də isə Mehdiyevin təklifi ilə onlar görüşərək, “Zığ bağları” massivindəki kimsəsiz evlərdən birinə gediblər və orada Elşənlə İntima arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində mübahisə baş verib. Qəsdən öldürmək məqsədi ilə Mehdiyev Salmanovanın döş və qarın nahiyələrinə bıçaq zərbələri vurub. O, qadının öldüyünü zənn edərək, hadisə yerini tərk edib. Lakin ağır yaralanan qadın sürünərək küçəyə çıxıb. İntimanın ölmədiyini görən Elşən geri qayıdıb və elə evin qarşısında qadını boğub.

Məhkəmə prosesində Elşən Mehdiyev ittiham üzrə özünü təqsirli hesab etməyib:

“Özümü günahkar hesab etmirəm, çünki buna səbəblər var”.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı
Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı
Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı
Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı
Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı
Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı
Zığ bağlarında keçmiş arvadını öldürən şəxs 17 il cəza aldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *