Qadının əlindən çantasını alan şəxslər 8 il müddətinə cəzalandırıldılar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Qadının əlindən çantasını alan şəxslər 8 il müddətinə cəzalandırıldılar

Qadının əlindən çantasını alan şəxslər 8 il müddətinə cəzalandırıldılar


Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Azər Quliyevin (1977-ci il təv.) və Astara rayon sakini Zaur Həsənovun (1982-ci il təv.) CM-nin 181.2.1 (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5 (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il noyabrın 24-ü axşam saat 23 radələrində təqsirləndirilən şəxslər Pirallahı qəsəbəsində, Fioletov küçəsi, 22 ünvanda qəsəbə sakini Gülnarə Ələsgərovaya basqın ediblər. Azər qadının boğazına bıcağı dirəyib, Zaur isə onun əlindən çantanı dartaraq alıb.

Çantanın içərisində şəxsiyyət vəsiqəsi, “Nokia” markalı mobil telefon, 17 manat pul və evin açarları olub. Elə həmin gecə zərərçəkən Pirallahı RPŞ-nə müraciət edib və səhərisi gün əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılıblar.

Məhkəmə prosesində Azər Quliyev və Zaur Həsənov ittiham üzrə özlərini qismən təqsirli hesab ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Quliyev və Həsənov cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *