Bu vulkan tam oyanarsa dünyanın sonu gələr – ŞOK İDDİA+VİDEO
Qərbi Afrikadakı Pico De Fogo vulkanının ocağında müşahidə olunan oyanma alimləri təşvişə salıb.
7news.az xəbər verir ki, ABŞ-ın Kolumbiya universitetinin alimlərinin apardığı tədqiqat nəticəsində məlum olub ki, 73 min il əvvəl bu vulkanın püskürməsi nəticəsində Atlantik okeanında 250 metr hündürlüyündə dalğalar əmələ gəlmiş və Afrikanın Atlantik sahilləri su altında qalmışdı. Alimlərin iddiasına görə həmin bölgədəki bütün adalar hənmin dövrdə su altında qalıblar.
Yapon alimləri isə bu hündürlüyündə dalğaların 10 min ildən bir baş verən sunamilər zamanı yarandığını iddia edirlər. hazırda alimlər Kabo Verde adalarındakı Pico De Fogo vulkanın ətrafında araşdırmalarını davam etdirirlər. Pico De Fogo vulkanı son dəfə keçən ilin dekabr ayında hərəkıtlənmiş bir neçə ay sonra isə sakitləşmişdi.
Xatırladırıq ki, son illər ən böyük sunami fəlakəti 2011-də Yaponiyada baş vermişdi. Bu sunami zamanı dalğaların hündürlüyü 30 metr olmuşdu.
Mənbə:> 7news.az