Vulkandan belə xilas oldular: anbaan çəkiliş – FOTO
Yaponiyada 27 sentyabrda Ontake vulkanının püskürməsi nəticəsində Nagano prefekturasında ən azı 32 nəfər itkin düşüb. ANS PRESS-in məlumatına görə, bu barədə prefekturanın yerli məmurları bildiriblər.
Vulkan baş verən rayonda xilasetmə işləri davam edir. Səhərdən etibarən Ontake yamaclarından 3 nəfəri təxliyyə etmək mümkün olub.
Gözlənilmədən baş verən vulkan, o bölgədə olan yüzlərlə alpinist və turisti qorxuya salıb. İnsanların çoxu aşağı düşə bilib, buna baxmayaraq xilasedicilərin dediyinə görə 40 nəfərdən çox insan yamaclarda əsir qala bilər.
Son məlumatlara əsasən püskürmə nəticəsində 1 nəfər həlak olub, 70 nəfər tibbi yardım üçün müraciət edib, 30 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bunlardan 10 nəfərin vəziyyətini həkimlər kritik qiymətləndirir.
Hazırda Ontake vulkanı 10 kilometrlik hündürlüyündə duman yaradaraq kül püskürtməyə davam edir. Püskürmənin nəticələri artıq mərkəzi ada olan Xonsyu rayonlarında biruzə verməyə başlayıb. Hətta vulkandan 100 kilometr cənub-şərqdə yerləşən Kofu şəhərində (Yamanasi prefekturası) belə vulkan külü qeydə alınıb.
Qeyd edək ki, Ontake vulkanı paytaxt Tokiodan 200 kilometr məsafədə yerləşir. Vulkanın axırıncı fəallığı 2007-ci ildə qeydə alınmışdı. Sonuncu ən dəhşətli püslürməsi isə 1979-cu ildə baş verib. Bu zaman vulkan 200 min ton kül püskürtmüşdü.
Mənbə:> ANSPRESS