Çilidə vulkanın fəsadları böyüyür
Çilidə 3 gün əvvəl püskürməyə başlayan Kabulko vulkanının törətdiyi fəsadların miqyası genişlənməkdədir. ANS PRESS-in məlumatına görə, vulkandan çıxan lava yaxınlıqdakı Ensenada şəhərinə ciddi ziyan vurub.
Çili xalqı vulkanla əlaqədar ölkədə yaranmış ekoloji böhrana görə narahatlıq hissi keçirdiklərini bildiriblər. Zərərçəkən Andres Reyes çarəsiz qaldıqlarını deyir: “Edəcək heç nə yoxdur. Əlimizdən gələni edir, bərpa işləri aparmağa çalışırıq. Baş verən hadisələr göz qabağındadır”
Vulkandan çıxan lava Ensenada şəhərində çoxlu sayda dağıntılara səbəb olub. Vəziyyətlə əlaqədar şəhərin 1500 nəfərlik əhalisi evlərini tərk etmək məcburiyyətində qalıb. Rəsmilər daha 2 min nəfərin isə təxliyəsinə hazırlaşır.
Lava və palçıq yığını bölgədə yerləşən çayların da ekologiyasına təsir edib. Ötən gün balıqçılar yüzlərlə balığın öldüyünü müşahidə ediblər.
Mütəxəsislər vulkan müşahidə olunan partlayışların hələ bir neçə həftə və ay davam edə biləcəyinə dair xəbərdarlıq edbirlər.
Mənbə:> ANSPRESS