Yaponiyada Aso vulkanı püskürməyə başladı
Yaponiyanın cənubunda Kumamoto prefekturasında Aso vulkanı püskürməyə başlayıb, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Yaponiyanın meteoroloji agentliyinin məlumatına görə, dağın üzərində 2 km hündürlükdə tüstü və kül püskürməsi qeydə alınıb.
Qurbanlar və dağıntı haqqında məlumat yoxdur.
Qeyd edildiyi kimi, Aso dağında vulkan püskürməsi mütəmadi olaraq baş verir.
Yaponiyada 100-dən çox fəlaiyyətdə olan vulkan var.
Mənbə:> Oxu.Az