Sinabunq kül püskürdü
İndoneziyanın Sumatra adasında fəallaşan Sinabunq vulkanı yenidən kül püskürməyə başlayıb. Vulkanın fəallaşması ərazidə təhlükəli vəziyyət yaradıb.
Hökumət vulkan ətrafında yerləşən rayonlardan 6000-ə yaxın sakinin təxliyə edilməsinə göstəriş verib. İlk növbədə, vulkandan 3 kilometr radiusda yaşayan sakinlər təxliyə edilib.
Məlumata görə, vulkandan axan lavanın həcmi 3 milyon kubmetrə artıb. Vulkan günbəzinin çökmə təhlükəsi olduğu bildirilir. Yaxınlıqdakı yaşayaş məntəqələrinin üzərinə kül qatı çöküb.
Sinabunq vulkanı sonuncu dəfə ötən ilin axırlarında fəallaşmışdı.
Mənbə:> ANSPRESS