İndi də böyük yapon səddi tikilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

İndi də böyük yapon səddi tikilir

İndi də böyük yapon səddi tikilir


Yaponiyada dağıdıcı 11 mart sunamisinin 4-cü ildönümü qeyd edildikdən sonra sunami əleyhinə hündür səddin tikintisinə başlanılıb. Yaponiya hökuməti hələ ötən il sahil prefekturalarda 370 kilometr uzunluğunda beton səddin inşasını planlaşdırdığını açıqlamışdı.

ANS PRESS-in məlumatına görə, mütəxəssislər tərəfindən "Böyük yapon səddi" adlandırılan bu tikili Yaponiya hökumətinə 8,7 milyard dollara başa gələcək. Beton sədlər, ilk əvvəl, sunami təhlükəsinin ən yüksək olduğu Fukusima, Miyaqi və İvate prefekturalarında inşa ediləcək.

Yaponiya hökumətinin bu planı yerli sakinlər tərəfindən dəstəklənməyib. Bəzi sakinlər hündür beton sədlərin sunamidən qoruyacağına inanmır, bəziləri isə bu layihənin vergi ödəyiciləri üçün çox ağır olacağını hesab edirlər.

2011-ci il martın 11-də Yaponiyada güclü zəlzələdən sonra gələn sunami nəticəsində 16 minə yaxın adam ölmüş, 3000-ə yaxın adam isə itkin düşmüşdü. Bu hadisə Fukusima prefekturasındakı "Fukusima-1" atom-elektrik stansiyasının zədələnməsi nəticəsində ekoloji böhrana yol açmışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *