“Gündoğar ölkə” silkələndi
Yaponiyada Rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ meydana gəlib.
ANS PRESS-in məlumatına görə, yeraltı təkanlar Yaponiyanın paytaxtı Tokio şəhərinin də daxil olduğu Kanto bölgəsində baş verib.
Zəlzələni paytaxt sakinləri ilə yanaşı, Toçiqi, Gunma və Saitama şəhərlərinin sakinləri də hiss edib.
Təbii fəlakət nəticəsində nə qədər dağıntı və insan tələfatı olduğu barədə hələlik rəsmi məlumat verilməyib.
Bundan başqa, Tokay şəhərindəki nüvə yanacağı istehsal edən zavodda hər hansısa bir sızıntının və sunami təhlükəsinin olmadığı bildirilir.
Qeyd edək ki, Yaponiya yüksək seysmik zonada yerləşir. 3 il avvəl martın 11 baş verən Senday zəlzələsindən sonra yaranan sunamidə 900 nəfər halək olmuş, 1600 nəfər isə itkin düşmüşdü.
Mənbə:> ANSPRESS