Gürcüstan da silkələndi
Azərbaycanda baş vermiş güclü zəlzələ qonşu Gürcüstanda da hiss olunub.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, ölkədə heç bir dağıntı qeydə alınmayıb.
“Bu, olduqca güclü zəlzələdir. Gürcüstanda da hiss olunub, əhalidən zənglər daxil olub. Gürcüstanda zəlzələ yalnız hiss olunub, təkrarlanacağı barədə bir şey deyə bilmərəm”, - seysmoloq Valeri Omaraşvili deyib.
Məlumata əsasən, yeraltı təkanlar əsasən Gürcüstanın Azərbaycanla həmsərhəd regionlarında – Kaxetiya və Kvemo-Kartli, həmçinin Tbilisidə də hiss olunub.
Mənbə:> Oxu.Az