Vanı qorxudan zəlzələ
Türkiyənin Van vilayətində gecə saatlarında yeraltı təkanlar qeydə alınıb.
ANS PRESS-in mlumatına görə, bu gecə Bakı vaxtı ilə 03:35-də Vanda maqnitudası 4.5 bal gücündə olan zəlzələ baş verib.
Yerin 19.36 kilometr dərinliyində meydana gələn zəlzələ Vanın bəzi rayonları ilə yanaşı, Bitlis, Tatvan, Ahlat və Adilcəvazda da hiss edilib.
Yeraltı təkanlar vətəndaşlar arasında panikaya səbəb yaratsa da, ilkin məlumata görə, zəlzələ nəticəsində dağıntı olmayıb.
Xatırladaq ki, Vanda ən güclü zəlzələ 2011-ci ilin oktyabrın 23-də qeydə alınmışdı. 7,2 ballıq zəlzələ nəticəsində əyalətdə 600-dən artıq insan ölmüş, minlərlə bina yerlə yeksan olmuşdu. Bundan sonra Vanda müxtəlif gücdə onlarla yeraltı təkan qeydə alınıb.
Mənbə:> ANSPRESS