Azərbaycan səhəri zəlzələ ilə açdı
Azərbaycanda zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 06.20-də Goranboyda qeydə alınıb.
Təkanlar yerin 32 km dərinliyində, 4,7 bal gücündə qeydə alınıb.
ANS PRESS-ə daxil olan məlumatlara əsasən zəlzələ Gəncə, Mingəçevir və Şəkidə hiss olunub.
Xatırladaq ki, ölkə ərazisində son zəlzələ də Xəzər dənizinin Azərbaycan massivində baş vermişdi. Mayın 19-da ə 3.2 bal gücündə baş vermiş yeraltı təkanlar dənizin 45 km dərinliyində qeydə alınmışdı.
Mənbə:> ANSPRESS