Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar dünən yerli vaxtla saat 14.57-də Qəbələ rayonundan 26 km şimal şərqdə zəlzələ qeydə alınıb.
Təkanlar yerin 39 km dərinliyində, 3,7 bal gücünsə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, ölkə ərazisində son zəlzələ də Xəzər dənizinin Azərbaycan massivində baş vermişdi. Aprelin 8-də 3.1 bal gücündə baş vermiş yeraltı təkanlar dənizin 50 km dərinliyində qeydə alınmışdı.
Mənbə:> ANSPRESS