Xəzərdə zəlzələ baş verdi
Bu gecə Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, maqnitudası 3.3 bal gücündə olan təkanlar yerin 45 km dərinliyində qeydə alınıb.
Təkanlar yerli vaxtla saat 23.45-də baş verib.
Xəzərin 39.87, 50.92 koordinatlarında qeydə alınmış zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, Azərbaycanda ən son martın 25-də Gəncə şəhərində 3.7 bal gücündə zəlzələ baş vermişdi.
Mənbə:> ANSPRESS