Azərbaycanda güclü zəlzələ oldu – 7 BAL
Bu dəqiqələrdə Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya verilən məlumata görə, bu gün yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub. İsmayıllı, Mingəçevir və Mərkəzi Aran zonalarınd da zəlzələ hiss olunub.
***
Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı daha bir məlumat yayıb. Məlumatda bildirilir ki, Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.
Mənbə:> Qafqazinfo.az