Gəncə silkələndi
Bu gün Gəncədə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 13:49-da Gəncə şəhərindən 7 km şimalda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.7, dərinliyi 14 km olub.
Zəlzələ episentrdə 4 bala yaxın, yaşayış məntəqələrində 3 bala kimi hiss olunub.
Mənbə:> Oxu.Az