Azərbaycan “Xəzər Kuboku”nda çıxış edə bilməyib
Beynəlxalq ordu oyunları çərçivəsində “Xəzər Kuboku” müsabiqəsində çıxış edə bilməyən Azərbaycan komandası gəmi dəyişdirildikdən sonra avqustun 7-də öz ustalıqlarını nümayiş etdirəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün TASS oyunların baş hakimi general-mayor Dmitri Qorbatenkonun sözlərinə istinadən bildirib.
Onun sözlərinə görə, Xəzər dənizi akvatoriyasında “Xəzər Kuboku” keçirilirdi, bu müsabiqə gedişatında Rusiya və Azərbaycan gəmilərinin çıxışı planlaşdırılırdı. Amma yalnız Rusiya gəmisi çıxış edərək, 40 xal qazanıb. Qorbatenko qeyd edib ki, Çin komandasının əldə etdiyi nəticələri nəzərə alınarsa Rusiya indi birinci yerdədir.
“Azərbaycan ekipajında hər şey yaxşı alınmadı, texnika və silah onları yarı yolda qoydu. Gəmi dəyişdiriləcək və avqust ayının 7-də Azərbaycan çıxış edib, bu müsabiqədə öz ustalığını nümayiş etdirəcək”, - hakim deyib.
Mənbə:> Oxu.Az