Rusiya və Azərbaycanın hərbi gəmiləri birgə təlimdə
RF, Qazaxıstan və Azərbaycan hərbi gəmiləri artilleriya atəşi açmaq və gəmi təlimləri keçmək üçün Xəzər dənizinə çıxıblar.
Oxu.Az xəbər verir ki, RİA Novosti bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin HDD (Hərbi dəniz donanması) üzrə mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi İqor Dıqaloya istinadən xəbər verir.
“Rusiya HDD, Qazaxıstan və Azərbaycan HDQ-nin (Hərbi dəniz qüvvələri) gəmiləri “Xəzər kuboku-2015” çərçivəsində kiçik ölçülü dəniz hədəfinə artilleriya atəşi, hava hədəfinə və üzən minalara atəş üzrə hazırlıq keçirlər”, - məlumatda deyilir.
Mənbə:> Oxu.Az