Türkiyədə ölü sayı 32 oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə, Dünya

Türkiyədə ölü sayı 32 oldu

Türkiyədə ölü sayı 32 oldu


Türkiyədə ötən gün törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı HDP rəhbəri Səlahəttin Dəmirtaş verib.

Şanlıurfanın Suruç rayonunda, Amara mədəniyyət mərkəzinin qarşısında törədilən partlayış zamanı 32 nəfər ölüb. "Az öncə əldə etdiyimiz məlumata görə, ölü sayı 32-yə çatıb.

Çox ağır bir hadisə, qətliamla üz-üzə qaldıq. 32 gəncin hər biri bu ölkənin bir dəyəri idi. Partiyanın binasında da təhlükəsizlik tədbirləri gücləndiriləcək. İŞİD barbarlarının terrorçuları hər yerdədir. Nə qədər hücum olsa da, bu ölkədə biz sülh içində yaşayacağıq".

Xatırladaq ki, terror aktı ötən gün Türkiyə vaxtı ilə saat 11:50-də (Bakı vaxtı ilə 13:50) Sosialist Gənclik Dərnəkləri Federasiyasının bir qrup üzvü adı çəkilən yerdəki çay bağçasında "Kobaninin yenidən inşaası" mövzusunda mətbuat konfransı keçirən zaman hadisə törədilib. İlkin məlumata görə, 18 yaşlı İŞİD-çı qız özünü gənclərin arasında partladıb.

Türkiyənin müxtəlif yerlərindən gələn və əksəriyyəti gənclərdən ibarət olan qrup İŞİD-ın dağıtdığı Suriyanın sərhəddə yaxın yerləşən Kobani şəhərinə keçmək istəyirdi. Onların məqsədi terrordan əziyyət çəkən, ev eşiklərini, yaxınlarını itirən ailələrə yardım, uşaqlara oyuncaq aparmaq idi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *