Türkiyədə 27 nəfəri belə partlatdılar » AzNews.info -Xəbər portalı

Türkiyədə 27 nəfəri belə partlatdılar – VİDEO+FOTO

Türkiyədə 27 nəfəri belə partlatdılar


Türkiyənin Şanlıurfa şəhərində baş verən dəhşətli hadisənin videosu yayılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb.
100-ə yaxın insan yaralanıb.

Partlayış anının videogörüntüləri yayılıb. Görüntülərdən də aydın görünür ki, bir qrup gənc əllərində plakatlar açaraq şüarlar səsləndirilər. Bu an kütlənin ortasında güclü partlayış baş verir.

Artıq Türkiyənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

"Şanlıurfanın Suruç rayonunda bu gün saat 12 radələrində (Bakı vaxtı ilə 14) terror hücumu baş verib. İlkin məlumata görə, 27 vətəndaşımız ölüb. İnsan təlafatının artacağından narahatıq. Bölgədəki xəstəxanalara 100-ə yaxın yaralı çatdırılıb.

Ölkəmizin birlik və bütünlüyünü hədəf alan bu terror hücumu qarşısında hər kəsi birləşməyə çağırırıq".

Bu arada ola biləcək ikinci terror aktı ilə bağlı əhaliyə xəbərdarlıq edilib və onlara partlayış baş verən çay bağçasından uzaq dayanmaq tapşırılıb. "Reuters"ə açıqlama verən türk rəsmilər terror aktını İŞİD-ın həyata keçirdiyini açıqlayıblar.

İlkin ehtimallara görə, kamikadze 18 yaşlı bir qız olub. O, gənclərin arasına girərək burada özünü partladıb.

Hadisə baş verən ərazi Suriya ilə sərhəddin bir neçə km-dədir.



Türkiyədə 27 nəfəri belə partlatdılar
Türkiyədə 27 nəfəri belə partlatdılar
Türkiyədə 27 nəfəri belə partlatdılar

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *