Şiə məscidini İŞİD partladıb
Səudiyyə Ərəbistanındakı terror aktının altından İŞİD-in adı çıxdı.
ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanının şərqindəki Əl-Kadih qəsəbəsində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” xəbər yayıb.
Xəbərdə bildirilir ki, şiələrin toplaşdığı məsciddə baş verən partlayışı İŞİD qruplaşması üzvlərindən birinin həyata keçirdiyi haqda məlumat yayıblar.
Qeyd edək ki, ötən gün kamikadze tərəfindən törədilən partlayış nəticəsində cümə namazında olan 150 nəfərdən 20-i ölüb, 50-dən çoxu isə xəsarətlərlə xilas ola bilib.
Mənbə:> ANSPRESS