İŞİD yenə baş kəsdi
İŞİD terror qruplaşması İraqın şimalında yeni edamla həyata keçirib.
ANS PRESS-in məlumatına görə, İŞİD silahlıları Mosulda üç iraqlı qəbilə başçısını edam edib.
Şahidlər bildirir ki, qəbilə başçıları İŞİD terror qruplaşmasının şəhərdə hakimiyyətini tanımadıqları üçün öldürülüblər.
Edam edilənlər yerli qəbilələr tərəfindən ən hörmətli şəxsrlə hesab olunurdu.
Qeyd edək ki, bundan əvvəl isə İŞİD silahlılarının İraqın qərbindəki Ənbar əyalətində 35 nəfəri edam etdiyi bildirilirdi.
Qruplaşmanın bu kimi fəaliyyətlərinə görə bir sıra dünya ölkələri onları terror təşkilatı olaraq qəbul edir.
Mənbə:> ANSPRESS