İŞİD gənclərin başını belə kəsdi – FOTO
Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı bu dəfə yeniyetmələri edam edib.
AZNEWS.INFO-nun ANS PRESS-ə istinadən verdiyi məlumata görə, hadisə Suriyanın Rakka şəhərində baş verib. Ortaya çıxan fotolarda İŞİD-in 3 nəfərin qılıncla başlarını kəsərək edam etdiyi əks edilib.
Edam olunanların Allaha küfr etdikləri üçün cəzalandırıldığı deyilir. Görüntülərdən aydın olur ki, üç yeniyetmə kütlənin toplandığı meydana gətirilir. Daha sonra 3 nəfər edam üçün xüsusi olaraq hazırlanan kötüyün yanında dayanırlar və onlardan başlarını kötüyə qoymaları istənilir.
İŞİD-in “şəriət məhkəməsi” tərəfindən alınan qərara əsasən, gözləri bağlı yeniyetmələrin edamını gerçəkləşdirir.
Qeyd edək ki, 3 edam üçün 3 ayrı cəllad və ayrı-ayrı qılınclardan istifadə edilib.
Mənbə:> ANS PRESS