İŞİD 11 komandirini edam etdi
İraq ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyat nəticəsində terror qruplaşması itki verməyə davam edir.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının dəstək verdiyi əməliyyatda satqınlıq etməsi iddiası ilə yaraqlılardan 11 səhra komandiri edam edilib. Bu barədə “Fars” xəbər agentliyi xəbər yayıb.
İraq ordusunun Tiqritə martın 2-dən etibarən başlayan iri miqyaslı hücumundan sonra terrorçuların bir qismi şəhəri tərk etməyə başlayıb. Ordu qüvvələri şəhərin iki qəsəbəsi və mərkəzindən başqa digər hissələri nəzarətləri altına alıblar. Əməliyyatda, ümumilikdə, 30 min nəfərin iştirak etdiyi bildirilir.
Xatırladaq ki, martın 4-də İraqın qərb bölgəsində həyata keçirilən hücum zamanı İŞİD-in məşhur komandirlərindən olan Naim əl-Şaha da daxil olmaqla,40-a yaxın yaralıq məhv edilmişdi.
Mənbə:> ANSPRESS