İŞİD 27 polisi edam etdi
İraqın Ənbar vilayətinə bağlı Əl-Bağdadi nahiyəsində İŞİD 27 polisi edam edib.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Ənbar Ərazi və İnzibatı vahidliyinin sədri Sabah Kərhut açıqlamasında 27 nəfər polisin edam edilyini, onların cəsədlərinin Fərat çayına atıldığını bildirib.
Qeyd edək ki, İŞİD ötən həftə ABŞ düşərgələrinə hücum etmiş, Rubəydə kəndi yaxınlığında 120 gənci girov götürmüşdü.
Mənbə:> Qafqazinfo.az