İŞİD-dən dəhşətli edam – VİDEO
Suriya və İraqda döyüşlər aparan İŞİD terrorçu qruplaşması bu gün internetdə daha bir video paylaşıb.
ANS PRESS-in məlumatına görə, İŞİD Suriya əsgərlərinin edam edilməsi videosunu paylaşıb.
İddia olunur ki, edam edilən 15 hərbçinin arasında Suriya ordusunun pilot və zabitləri də var. Videoda 15 nəfərin başlarının kəsilərək edam edildklərini görmək olur.
İŞİD-çilər hərəsi bir əsgəri aparır. Edam yerinə çatanda isə terrorçular bir-bir bıçaqları götürürlər və eyni anda 15 nəfərin başını kəsirlər.
Videoda İŞİD-çilərin hərbi formada olması və onlardan yalnız birinin maskada olduğu diqqət çəkib.
Mənbə:> ANSPRESS