Türkiyəni qana boyayan 18 yaşlı qız – VİDEO+FOTO
Türkiyənin Şanlıurfa vilayətində 28 nəfərin həyatına son qoyduğu terror aktının İŞİD-çi qız tərəfindən törədildiyi məlum olub.
ANS PRESS-in məlumatına görə, Reuters və Hürriyyet xəbər agentlikləri Türkiyə hökumətindəki mənbələrə istinadən xəbər verir ki, terror aktını törədən İŞİD-çi qızın 18 yaşı olub.
İŞİD-çi qız vilayətin Amara mədəniyyət mərkəzinin qarşısında toplaşan gənclərin arasına girərək özünü partladıb.
Reuters agentliyinə danışan Türkiyə hökumətinin 2 rəsmisi bildirib ki, onların əllərində Suruç rayonundakı partlayışın terror aktı olduğuna dair faktlar var.
Şanlıurfa vilayətindəki terror aktının videosu:
Şanlıurfa vilayətinin valisi İzzəddin Küçük terror aktı ilə bağlı açıqlama verərkən bildirib ki, partlayışın terrorçu kamikadze tərəfindən törədildiyi dəqiqləşib. Onun sözlərinə görə, terrorçunun hadisə yerinə necə gəldiyi, kimlər tərəfindən göndərildiyi, bombanı necə ələ keçirdiyi təhlükəsizlik qüvvələri tərəfindən araşdırılır.
Şanlıurfa şəhərində əhaliyə xəbərdarlıq edilib: "İkinci terror aktı törədilə bilər. Sakinlər Amara mədəniyyət mərkəzinin qarşısından uzaqlaşsın".
Son məlumatlara görə, Suriyanın Kobani şəhərindəki partlayış Şanlıurfada törədilən terror aktı eyni anda baş verib.
Şanlıurfa vilayətinin valisi açıqlama verib ki, hadisədə xəsarət alaraq xəstəxanalara yerləşdirilən yaralıların bir çoxunun vəziyyəti çox ağırdır. Bildirilib ki, bu isə terror aktının baş verməsi nəticəsində ölü sayının artacağını ehtimal edir. Güclü partlayış nəticəsində hazırda 28 nəfərin öldüyü bildirilir. Yaralıların sayı isə 100-dən artıqdır.
Qeyd edək ki, hadisə yerində çoxsaylı təcili-tibbi yardım briqadalarının olduğu və vətəndaşlara ilkin tibbi yardımlar göstərildiyi bildirilir.
Mənbə:> ANSPRESS