Tunisdəki terror aktının arxasında İŞİD durur – FOTO
“İslam dövləti” terror təşkilatı Tunisdəki otelə hücuma görə məsuliyyəti öz üzərinə götürdü, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
“Bizim qardaşımız və Xilafətin əsgəri təhlükəsizlik tədbirlərinə baxmayaraq “İmperial Marhaba” otelinə hücum edib”, - islamçılar Twitter-də bildiriblər, The Jerusalem Post yazır.
Son məlumata əsasən, terror aktı nəticəsində həlak olanların sayı 39 nəfərə çatıb.
Mənbə:> Oxu.Az