İŞİD Ramazan qırğını əmri verdi
“İslam Dövləti” (İŞİD) terror təşkilatı öz tərəfdarlarını hücumları artırmağa çağırıb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilat müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı ilə bağlı səsli mesaj çağırışını internetdə yayımlayıb.
İŞİD-in sözçüsü Əbu Məhəmməd Adnani çağırışı “kafirlər üçün faciə vaxtıdır” deyərək təqdim edib.
Təşkilatın çağırışında Ramazan ayında xristian, şiə və ABŞ-ın liderlik etdiyi koalisiyaya qoşulan sünnilərə hücumun artırılması tələb olunur.
M.Adnani çıxışında həmçinin Ərəbistan yarımadasında yaşayan ərəblərə də müraciət edib və onlara “tiran liderlərinizə qarşı çıxın” - deyib.
Mənbə:> Virtualaz.org