İŞİD: "Biq Ben və Eyfeli bombalayacağıq"
"Ağ evi, Biq Beni və Eyfel qülləsini vuracağıq" bu qorxulu bəyanatı İŞİD terrir təşkilatı səsləndirib.
ANS PRESS-in məlumatına görə, İŞİD-ın sözçüsü Əbu Məhəmməd Əl Adnaninin açıqlamasının yer aldığı 27 dəqiqəlik səs yazısı yayılıb.
Səs yazısında Adnani İŞİD-ə qarşı koalisiya qüvvələrinin uğurlarının yalan və xəyal məhsulu olduğunu deyib. O, Kobanidəki məğlubiyyətlərini belə bir qələbə olaraq dəyərləndirib. "Əgər Pentaqon aylar sonra kiçik bir şəhəri geri almağı qeyd edirsə bu bizim üçün zəfərdir. Ağ v, Biq Ben və Eyfel Qülləsini bombalayacağıq".
Adnani İŞİD-ın başqa bir terrorçu qruplaşma olan "Boko Haram"la ittifaq qurduqlarını təsdiqləyib.
Mənbə:> ANSPRESS