İŞİD yeni şəhər ələ keçirdi
İraqın Əl-Bağdadi şəhəri tamamilə İŞİD terrorçu qruplaşmasının nəzarəti altına keçib.
ANS PRESS-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Pentaqonun mətbuat katibi, kontr-admiral Con Kirbiyə istinadən xəbər verir. Con Kirbinin sözlərinə görə, son bir neçə ay ərzində ilk dəfə olaraq İŞİD döyüşçüləri yeni əraziləri ələ keçirməyə nail olublar.
Əl-Bağdadi şəhəri ABŞ hərbçilərinin İraq hərbçilərə təlim keçdiyi "Eyn Əl-Əsəd" aviabazasının olduğu Ramadi şəhəri yaxınlığında yerləşir.
Pentaqon rəsmisi həmin aviabazaya da hücum cəhdinin olduğunu, lakin 15-dək İŞİD döyüşçüsünün hücumunun dəf edildiyini deyib.
Mənbə:> ANSPRESS