İŞİD-i İsrail qurub?
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Aleksandr Proxanov İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasının İsrail tərəfindən yaradıldığını deyib.
ANS PRESS-in məlumatına görə, İranın “Press TV” kanalına müsahibə verən Aleksandr Proxanov İŞİD-in İsrailin təhlükəsizlik təşkilatı “Mossad” tərəfindən yaradıldığını deyib. Onun sözlərinə görə, “Mossad” indi də İŞİD-ə təlim keçir.
Rus rəsmisi İŞİD-in ABŞ-ın Orta Şərq siyasətinin bir aləti olduğunu deyib: “ABŞ Avropaya “Əgər biz müdaxilə etməsək, İŞİD sizə zərər vuracaq” mesajını verir”,- deyə Proxanov bildirib.
Proxanovun dediyinə görə, İŞİD-in gerçək hədəfi İran və Rusiyadır. “Bu yaxınlarda onlar Çeçenistanda bizə hücum etdilər”,- deyə Proxanov vurğulayıb.
Mənbə:> ANSPRESS