İŞİD liderlərindən biri öldü
İŞİD terrorçu qruplaşmasının lideri Bağdadinin köməkçisi öldürülüb. ANS PRESS-in məlumatına görə, koalisiya güclərindən dəstək alan peşməgə Şenqal dağı ətrafında İŞİD-a qarşı əməliyyat keçirib.
Hava əməliyyatları zamanı öldürülənlər arasında Bağdadinin köməkçisindən əlavə terrorçu qruplaşmanın daha 3 rəhbər siması olub.
ABŞ-dan olan general Ceyms Terri peşmərgənin terrorçular üzərində qələbəsini təsdiqləyib. Onun sözlərinə görə, kürdlər Suriya sərhəddində 100 km sahəyə nəzarəti bərpa ediblər.
Mosulun 100 km qərbindədə əməliyyatlarda uğur əldə edilib. Peşmərgə gücləri Zumar və Şenqalin 70 faizini İŞİD-dan azad edə biliblər.
Qeyd edək ki, bir müddət öncə İŞİD lideri Bağdadinin də ölüm xəbəri yayılıb. Lakin daha sonra bu təkzib edilib və onun səs yazısı yayılıb.
Mənbə:> ANSPRESS